12 İyul 2026
İdman

“Sabah”ın finaldakı rəqibi bəlli oldu

Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində NTD və “Gəncə” komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, iki əlavə vaxtın oynanıldığı gərgin və prinsipial görüş Qərb təmsilçisinin çətin qələbəsi ilə başa çatıb – 106:103. Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 12 ribaund), “Gəncə”dən isə Cared Smol (21 xal, 8 ribaund) olub.

Bu nəticə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan “Gəncə” basketbolçuları finala vəsiqə qazanıblar. Komandanın həlledici oyundakı rəqibi “Sabah” kollektivi olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43