26 İyul 2026
Ölkə futbolu

“Sabah”ın futbolçusu üçün əlamətdar oyun

“Sabah”ın futbolçusu Seymur Məmmədov üçün Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt”a (4:0) qarşı oyun  əlamətdar olub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib. Bu, Seymurun “Sabah”ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna komandada 3-cü rəsmi oyununda nail olub.

Seymur Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43