Misli Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah” “Zirə”nin qonağıdı.
İdmanxeber.az-ın Zirəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, görüşü izləyənlər arasında “Sabah”ın yeni transferi Ayaz Quliyev də var. Rusiyanın “Ximki” klubundan “Sabah”a transfer olunan Quliyev matçı tribunadan izləyir.
Qeyd edək ki, Quliyevlə yaxın günlərdə müqavilə imzalanacaq.



