Dünya futbolu

Şahruddin “Fənərbağça”ya qarşı start heyətdədir

Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” Türkiyə Süperliqasında növbəti oyununa çıxır.

İdmanxeber.az məlumat verir ki, Adana təmsilçisi “Fənərbağça” ilə qarşılaşır. 

21:30-da başlayacaq qarşılaşmada start heyətlər artıq bəlli olub. Şahruddin görüşə əsas heyətdə başlayır. 

“Adana Demirspor” 39 xalla 11-ci, “Fənərbağça” isə 79 xalla 2-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43