15 İyul 2026
Dünya futbolu

Saka Türkiyəyə yardım etdi: “Fəlakət hər şeyi insalardan aldı”

“Arsenal”ın futbolçusu Bukayo Saka Türkiyədə zəlzələdən zərər çəkmiş 26 ailəni mənzillə təmin edib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “BigShoe” xeyriyyə layihəsinin təşkil etdiyi aksiyada iştirak edib. Saka təqdirəlayiq addımını belə şərh edib:

“Başının üstündə damı olan hər kəs özünü şanslı hesab edə bilər. Fəlakət sahib olduqları hər şeyi insanlardan aldı və bu onların günahı deyil. Onlara kömək etmək, nəsə vermək mənim üçün çox şey deməkdir”

Fevral ayında Türkiyə və Suriyada güclü zəlzələ baş verib. Türkiyənin 11 vilayətində 50 500 nəfər ölüb, 107 204 nəfər yaralanıb. Zəlzələdən ən azı 15,73 milyon insan və 4 milyon bina zərər çəkib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43