Kateqoriyasız

“Şamaxı”da 2 yeni müqavilə

“Şamaxı” klubu futbolçusu Rəhman Daşdəmirovla müqaviləni yeniləyib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, oyunçunun sözləşməsinin müddəti bir il artırılıb.

22 yaşlı müdafiəçi 2021/2022 mövsümündə əsas komanda ilə 6 matça çıxıb.

Bundan başqa, “Şamaxı” qapıçısı Stanislav Namaşko ilə də müqavilənin müddətini uzadıb.

Klub moldovalı qolkiperin sözləşməsinin daha bir il artırılması barədə qərar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43