Ölkə futbolu

Samir Abasov: “Bir xal da bizim üçün “çörək” idi

“Çox çətin oyun oldu, rəqib güclü komandadı. Tovuzda oynamaq heç də asan deyil. Bu, ən yaxşı oyunlarımızdan biri idi. Hesabda geriyə düşsək də, oyundan qopmadıq. Son dəqiqəyə qədər hesabı qoruya bildik. Yaxşı mübarizə ilə nəticə qazandıq. Oyundan əvvəl bir xal belə bizə “çörək” idi.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Aydın Bayramov zədəli idi, komanda ilə məşq etmirdi. Oyunçunun üzərində təzyiq də var idi. İlnur Valiev pis durmadı. Onu da qazanmaq lazımdır.

Mənim üçün meydanda görülən iş önəmlidir. Oyunçuların mövqeyi dəyişə bilər. Tapşırıqları yerinə yetirmək daha vacib idi. Kamran komandaya ən gec qoşulan oyunçudu. Bəzi epizodlarda oyundan qopsa da, bu gün ümumən yaxşı idi. Tam istədiyim formada deyil.

Vurğun Hüseynovda köhnə zədədir. Keçən həftə normal idi. Ola bilsin süni meydança təsir edib”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43