08 İyul 2026
İdman

Samir Məsimova ehtiyac olmadı, “Domjale” qələbə qazandı

Sloveniya çempionatında 8-ci tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Samir Məsimovun şərəfini qoruduğu “Domjale” doğma meydanda “Aluminiy” ilə qarşılaşıb. 

Oyun “Domjale”nin 2:0 hesablı qələbəsiylə nəticələnib. 

Samir ilk 7 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.

“Domjale” 8 turdan sonra 14 xalla 10 klub arasında 2-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43