Kateqoriyasız

“Seltik” – “Qarabağ”: oyunu idarə edəcək hakimlər açıqlandı

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda keçiriləcək “Seltik” (Şotlandiya) -“Qarabağ”  matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Robert Şorgenhofer olacaq. Ona həmyerliləri Matias Vinsaue və Riçard Hubler köməklik edəcək. Dominik Ouşan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 29-da “Seltik Park” arenada keçiriləcək “Seltik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43