İdman

“Sent-Etyen” – “Qəbələ” matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” və Fransanın “Sent-Etyen” klubu arasında keçiriləcək III turun oyununa bütün təyinatlar açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, oktyabrın 20-də Fransada təşkil olunacaq qarşılaşma türkiyəli hakimlərə tapşırılıb.

Avropa Liqası, III tur

20 oktyabr

23:05. “Sent-Etyen” (Fransa) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Ali Palabıyık

Yan xətt hakimləri: Cem Satman, Ekrem Kan

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan

Dördüncü hakim: Ceyhun Sesiguzel (hamısı Türkiyə)

Hakim inspektor: Laszlo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Sent-Etyen. Joffrua Qişar Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43