Premyer Liqa

“Simurq” – “Qəbələ”: məşqçi fikirləri

Premyer Liqanın 8-ci turunda “Qəbələ” “Simurq”un qonağı oldu. “Şəfa” stadionunda keçirilən oyunda nominal ev sahibi olan zaqatalalılar ilk hissədə kapitan İlkin Qırtımovun qırmızı vərəqə alması ilə azlıqda qalsalar da, oyunu heç-heçə başa vurmağı bacardı.

Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyuna yaxşı başladıq. Rəqibimiz çempionatın liderlərindəndir, güclü komandadır. İlk hissədə aldığımız qırmızı vərəqə bizi müdafiədə oynamağa məcbur etdi. Azlıqda qalmağımıza baxmayaraq, komanda yaxşı oynadı. Rəqibə qarşı əks-hücumlarda oynadıq. İkinci hissənin sonlarına yaxın isə qol buraxmamaq haqqında düşünürdük. Komandama mübarizəyə görə təşəkkür edirəm”.

Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq, qol imkanlarımız oldu. Təəssüf ki, hücumlarda son vuruş çatışmırdı. Bütün hücumçularımızdan istifadə etdik, lakin lazım olan qolu vura bilmədik. “Simurq” çempionatda ən az qol buraxan komandalardandır. Qarşıdakı oyunlara hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43