27 Fevral 2024
Dünyadan

Sizə zarafat gəlməsin: 20 aylıq körpəni transfer etdilər

Futbol aləmində daha bir maraqlı hadisə Belçikada yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, bu ölkənin “FC Racing Boxberg” klubu 20 aylıq körpəni 5 yaşlı uşaqlardan ibarət komandaya cəlb edib. 

Hələ dil açmayan Brüs Brites Belçkianın Genk şəhərinin yaxınlıqındakı FC Racing Boxberg” klubunun aşağı yaş qruplardan ibarət klubuna gətirilib. Klubun direktoru Dani Vodnik bunu belə izah edib:

“Sanki 4-5 yaşlı uşaqlar kimi topla davranır, driblinq edir. Üstəlik hər iki ayağından istifadə edə bilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43