Milli komanda

Slovakiya – Azərbaycan oyununun hakimləri açıqlandı

Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinatlar açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Uilyam Kollama Devid Makgiçi və Frensis Konnor laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Doland Robertson yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43