“Real” ötən gecə penaltilər nəticəsində “Mançester Siti”ni məğlub edərək Çempionlar Liqasında yarımfinala yüksəlib.
İdmanxeber.az məlumat verir ki, kral klubu ardıcıl 4 ildir ÇL-da yarımfinala çıxır. Ümumilikdə isə Madrid klubu son 14 ildə 12-ci dəfə son 4 komanda arasına qalmağı bacarıb.
“Real” 14 dəfə olmaqla Çempionlar Liqasını ən çox qazanan komandadır.
Madrid klubu yarımfinalda “Bavariya” ilə qarşılaşacaq.