Dünya futbolu

İstanbul derbisinin tarixi bəlli olub

Türkiyə Süperliqasında 34-cü və 35-ci turların cədvəli açıqlanıb.

İdmanxeber.az məlumat verir ki, 34-cü turda keçiriləcək “Fənərbağça” – “Beşiktaş” derbisi aprelin 27-si, saat 20:00-da start götürəcək. Eyni turda millimizin qolkiperi Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” “Qalatasaray”ı qəbul edəcək. Qarşılaşma aprelin 26-sı, saat 21:00-da başlayacaq.

“Qalatasaray” hazırda 87 xalla liderdir, 2 xal az toplayan “Fənərbağça”isə ikincidir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43