26 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Millimizin futbolçusu bölgə klubuna keçməyə yaxındır

“Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə klubdan ayrılmağa yaxındır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu “Şamaxı” ilə danışıq aparır. Tərəflərin razılaşmağa yaxın olduğu bildirilir.

Transfer baş tutsa, Əhmədzadə mövsüm sonuna qədər Şamaxı təmsilçisində icarə əsasında çıxış edəcək. Onun “Sumqayıt”la müqaviləsi yayda başa çatır.

U-21 millimizin üzvü xeyli müddətdir Ayxan Abbasovun transfer siyahısında idi. Nəhayət, Əhmədzadə “Şamaxı”ya keçməyə yaxındır.

19 yaşlı futbolçu cari mövsüm “Sumqayıt” forması ilə bütün turnirlərdə 11 oyunda çıxış edib və bir qol vurub. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43