06 İyul 2026
İdman

Stolüstü tennisçilərimiz Avropa çempionatına qatılacaqlar

Stolüstü tennisçilərimiz 13 yaşadək idmançıların Avropa çempionatında mübarizə aparacaqlar. Seçmə komandamız bu gün yarışın təşkil ediləcəyi Zaqreb şəhərinə yollanıb.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan çempionatda dörd idmançı ilə təmsil olunacaq.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova şəxsi, komanda və qoşa-qarışıq mübarizədə etimadı doğrultmağa çalışacaqlar. Azərbaycan millisi ilk olaraq komanda yarışlarında Polşa, İsveç və İslandiya seçmələri ilə eyni qrupda gücünü sınayacaq.

İyunun 14-də start veriləcək Avropa çempionatı dörd gün davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43