Kateqoriyasız

Ştuxlik “Neftçi”yə seminar keçdi

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin bu gün “Neftçi”nin inzibati binasında olub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Ştuxlikin iştirakı ilə əsas komandanın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Tədbirdə komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43