12 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” – “Neftçi” matçına doğru: qonaqlarda 5 itki, ev sahibində üzlər gülür

Misli Premyer Liqasının XXXIII turunun qapanış matçında “Neftçi” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” görüşə vacib itkilərlə çıxacaq. Komandanın zədəli futbolçuları – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov matçda iştirak edə bilməyəcək.

“Sumqayıt” isə qarşılamaya tam heyətlə hazırlaşır. “Kimyaçılar”ın heyətində cəzalı və ya zədəli oyunçu yoxdur. 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı bu gün saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43