Ölkə futbolu

“Sumqayıt”da mövsümün- Statistikası

Premyer Liqada 2014/2015 mövsümü başa çatıb.

Idmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir kiArxada qalan 36 tur ərzində “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Aqil Məmmədov ümumilikdə 28 futbolçunun xidmətindən yararlanıb. 36 tur ərzində “Sumqayıt” FK-da ən çox forma geyinmiş futbolçular – Slavik Alxasov, Məhəmməd Qurbanov, Aleksandr Çertoqanov, Bəxtiyar Həsənalızadə, Tofiq Mikayılovdur.

Oyun etibarı ilə 31 qarşılaşmada forma geyinmiş Slavik Alxasov ümumilikdə 2407 dəqiqə meydanda olub. Dəqiqə etibarı ilə isə ən çox meydanda olan futbolçu Məhəmməd Qurbanovdur. Mövsümü 13 qolla başa vuran bombardirimiz 30 görüşdə 2570 dəqiqə oynayıb. Aleksandr Çertoqanov 30 qarşılaşmada 2564 dəqiqə Tofiq Mikayılov isə 30 oyunda 2318 dəqiqə meydanda olub/

Mövsüm ərzində ən az oyun keçirmiş futbolçular isə komandadan ayrılmış Şəhriyar Xəlilov, Ceyhun Cavadov və əvəzedici heyətdən əsas komandaya cəlb olunmuş Şahin Əliyev, Xəyal Nəcəfov və Mikayıl Rəhimovdur.

Slavik Alxasov (31) – 2407

Məhəmməd Qurbanov (30) – 2570

Aleksandr Çertoqanov (30) – 2564

Bəxtiyar Həsənalızadə (30) – 2318

Tofiq Mikayılov (30) – 2271

Vurğun Hüseynov (28) – 2437

Nodar Məmmədov (27) – 2194

Orxan Əliyev (27) – 1624

Tərzin Cahangirov (26) – 1878

Ruslan Poladov (26) – 1660 dəqiqə

Cəmil Hacıyev (21) – 1783

Andrey Popoviç (20) – 1800

Murad Ağayev (15) – 1031

Təvəkkül Məmmədov (14) – 742

Şahruddin Məhəmmədəliyev (13) – 1170

Uğur Pamuk (13) – 458

Pərdis Fərcad-Azad (13) – 764

Budaq Nəsirov (11) – 397

Ramazan Abbasov (10) – 637

Kiyan Sultanpur (10) – 310

Murad Ağayev (5) – 209

Fərid Quliyev (5) – 111

Tagim Novruzov (4) – 271

Şahin Əliyev (3) -49

Mikayıl Rəhimov (2) – 180

Ceyhun Cavadov (1) – 7

Xəyal Nəcəfov (1) – 3

Şəhriyar Xəlilov (1) – 3


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43