“Kayserispor”un yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Markus Gidsolla anlaşıb. Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Markus Gidsol daha əvvəl – 2023-2024 mövsümündə Türkiyədə “Samsunspor”un baş məşqçisi olub.

