Kateqoriyasız

Superliqa klubu Mahirə “elçi” düşdü

Daha bir xarici klubdan “Qarabağ”ın hücumçusu Mahir Mədətova təklif gəlib.

İdmanxeber.az-ın məlumatına görə,  bu dəfə təklif Türkiyə superliqa təmsilçisi “Gənclərbirliyi”ndən gəlib. Ankara klubu gənc futbolçunu transfer etmək üçün Ağdam klubuna rəsmi müraciət edib. Onlar Mahiri hələlik 1 illik icarə qaydasında heyətinə cəlb etmək istəyir.

“Qarabağ” Mahirlə maraqlanan klublara yaxında rəsmi cavab verməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43