26 İyul 2026
Kateqoriyasız

Tahir Gözəl “Qarabağ”ı ziyarət etdi

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl növbəti dəfə komandanı ziyarət edib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, T.Gözəl bugünkü məşqdən öncə bazaya gedərək komandanın üzvləri ilə görüşüb.

Azərbaycan kubokunun finalına vəsiqə qazanmaları münasibətilə futbolçuları təbrik edən vitse-prezident Premyer Liqanın 31-ci turunda qarşılaşacaqları “Neftçi” ilə önəmli görüşdə də onlara uğurlar arzulayıb.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu aprelin 25-də, saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43