İdman

Tarixi derbi yenidən yaşanacaq

Bu gün Şotlandiya Premyer Liqasında V tura start verilir.

 

İdmanxeber.com-un məlumatına görə, futbol həvəskarları Qlazqo derbisini 4 illik fasilədən sonra çempionat qarşılaşmasında izləyəcəklər.

 

“Seltik” son 5 mövsümün rəqibsiz çempionudu. 2011/12 mövsümündə maliyyə problemləri səbəbindən “Reyncers”in 4-cü liqaya yuvarlanması “Seltik”in işini çox asanlaşdırmışdı. Çempionata yenidən qayıdan “Reyncers”in isə 8, hazırda birinci pillədə olan “Seltik”in isə 9 xalı var.
 

Qeyd edək ki, komandalar indiyədək 401 dəfə üz-üzə gəlib. Bu görüşlərin 159-u “Reyncers”in, 145-i isə “Seltik”in xeyrinə başa çatıb. 97  qarşılaşmada isə qalib müəyyənləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43