15 İyul 2026
Kateqoriyasız

Tərlan Əhmədovu pis vəziyyətdə qoyan legionerlər

Premyer Liqanın 2015-2016 mövsümünün son turunda “Qarabağ”la qarşılaşacaq AZAL ciddi itkilərlə ülzəşib.

İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər”in iki üzvü – Aleksandr Quruli və Adan Koronado bu matçı buraxmalı olacaq. Buna səbəb isə hər iki futbolçunun dünən “Qəbələ” ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.

Qeyd edək ki, “Qarabağ” – AZAL matçı mayın 21-də keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43