Ölkə futbolu

“Tez bir zamanda futbolçuları ayıltmalıyam” – Laurentsi Regekamf

“Oyuna yaxşı başlamışdıq. Qol vurduqdan sonra 2-3 yaxşı şansımız oldu. İkinci hissəyə isə pis başladıq. Düşünürəm ki, bu situasiya oyunçuların əhvalına mənfi təsir göstərir. Tez bir zamanda futbolçuları ayıltmalıyam. Çoxlu asan toplar itirdik. Bu səbəbdən oyunu özümüz üçün çətinləşdirdik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Şamaxı” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“3-cü yerdə olsaq belə, özümüzə hörmətlə yanaşmalıyıq. Daha yaxşı oyun nümayiş etdirməliyik. Həyəcansız oynamalıyıq. Amma bunu görmürük. Futbolçular ötürmələrdə çox səhvlərə yol verirlər. Ona görə bəzən bizim üçün çətin olur. Özümüz bu vəziyyətə düşmüşük, özümüz də çıxıb kuboku qazanmalıyıq. Əminəm ki, oyundan-oyuna daha yaxşı olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43