Dünya futbolu

“Tottenhem” Keynlə müqavilə uzatmaq niyyətindədir

“Tottenhem” Harri Keyni satmağı düşünmür və müqaviləsini uzatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu ulduz hücumçunu buraxmaq niyyətində deyil. İngiltərəli futbolçuya yeni müqalikə təklif ediləcək.

“The Athletic” nəşri yazır ki, “Mançester Yunayted” Harrini almaq barədə ciddi düşünür. İngilis futbolçu klubun əsas hədəflərindən biridir, lakin “Tottenhem” hücumçunu satmaq niyyətində deyil.

Rəhbərlik Keynlə sözləşmə uzadılması barədə danışıqlara başlasa da, hələlik müsbət nəticə əldə edilməyib. Oyunçunun “Tottenhem”lə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

29 yaşlı hücumçu cari mövsüm meydana çıxdığı 38 oyunda 22 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43