Milli komanda

Azərbaycan Türkiyə ilə yoxlama oyunu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma aprelin 8-də və 11-də Türkiyə yığması ilə qarşılaşacaq.

Hər iki görüş “Dalğa Arena”da olacaq. Matçlar saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43