Dünya futbolu

“Tottenhem”in futbolçusu mövsümü başa vurdu

“Tottenhem”in yarımmüdafiəçisi Erik Lamela mövsümü başa vurub.

Baldırındakı zədə səbəbindən ötən ilin oktyabrından oyuna çıxmayan 25 yaşlı futbolçu bir neçə gün əvvəl əməliyyat edilib.

Bu səbəbdən o, mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Qeyd edək ki, cari mövsümdə 14 oyun keçirən argentinalı futbolçu 2 qol vurub, 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43