İdman

“Tour d`Azerbaijan”ın təşkilatçılığı olduqca yüksək səviyyədədir”

“Bu haqda çoxlarına demişəm. Bir daha təkrar edirəm ki, “Tour d`Azerbaijan”ın təşkilatçılığı olduqca yüksək səviyyədədir”. 

Bunu İdmanxeber.com-a açıqlamasında Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov deyib.

O, qeyd edib ki, Azərbaycanda artıq dünya turunu qəbul etməyə hazırdır: “Bu regionda dünya turununun olması vacibdir. Bunun üçün bir qədər təhlükəsizlik tədbirləri artırılmalıdır. Hazırda da ciddi bir problem yoxdur. Sadəcə olaraq, dünya turunun tələbləri çox sərtdir. Dünya turunda elit idmançılar iştirak edir”.

Qusyatnikov qeyd edib ki, ölkə və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi Azərbaycan veloidmanın inkişafı üçün böyük işlər görür: “Buna görə onlara dərin təşəkkürümü bildirirəm”.

Sonda Aleksandr Qusyatnikov Rio-2016-ya vəsiqə qazanan Azərbaycan velosipedçisi Maksim Averinin şansları haqda da danışıb: “Orada trass çox çətindir. Təkcə Averin yox, bütün idmançılar üçün çətin olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43