26 İyul 2026
Dünyadan

Toyuna görə qol buraxdı

İngiltərə kubokunun yarımfinalında aşağı liqa təmsilçis “Ridinq” “Arsenal”a məğlub olaraq mübarizəni dayandırmışdı.

İdmanxeber.com-un məlumatına görə, “topçular”ın ikinci qolu zamanı “Ridinq”in qapıçısı Adam Federiçinin kobud səhvi isə gündəmi zəbt edib. Yayılan xəbərlərə görə, qolkiper London komandası ilə oyunda bilərəkdən top buraxıb.  

Əgər Federiç həmin epizodda kobud səhv nəticəsində qol buraxmasaydı “Ridinq” 30 mayda “Aston Villa” ilə üz-üzə gələcəkdi. Qolkiperin də məhz həmin tarixdə evlilik vaxtıdı. Adamın evlilik vaxtının eyni günə təsadüf etməsi maraqlı fikirlər yaradıb.

Təcübəli qpaıçısı sonra buraxdığı topa görə azarkeşlərdən “twitter” vasitəsilə üzr istəmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43