12 İyul 2026
Dünya futbolu

“Trabzonspor” transferdən vaz keçməyə məcbur oldu

“Atletiko”nun futbolçusu Saul Niqesin Türkiyə təmsilçisi “Trabzonspor”a keçidi alınmayıb.

İdmanxeber.az-ın məlumatına görə, Trabzon klubu oyunçunun ailə vəziyyəti səbəbindən Türkiyəyə gələ bilmədiyini açıqlayıb. Nəticədə, Super Liqa klubu transferən vaz keçməli olub.

Türkiyə klubu daha əvvəl ispaniyalı futbolçu və klubu ilə razılıq əldə etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43