26 İyul 2026
Ölkə futbolu

Transfer yarışı Bayılda bitdi – Bölgə klubunun hücumçusu ikinci təklifə “hə” dedi

Azərbaycanlı hücumçunun Ruslan Voronsovun yeni klubu bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, “Mingəçevir”, “Baku Sportinq” və “Şəfa” oyunçunun xidmətində maraqlı idi. Ancaq Voronsovun seçimi başqa olub.

Belə ki, çempionluğa iddialı olan “Səbail” hücumçunu heyətinə qatmağa bacarıb. “Dənizçilər” transfer yarışında uduzmamaq üçün futbolçuya digər komandalardan yüksək maaş təklif edib.

Ruslan da Bayıl təmsilçisinin 2500 manatlıq təklifini geri çevirməyib. Tərəflər arasında artıq bütün detallar razılaşdırılıb. Rəsmi açıqlama yaxın günlərdə ediləcək.

Xatırladaq ki, R.Voronsov mövsümün ilk yarısını “Şahdağ Qusar”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43