Ölkə futbolu

“Dinamo”nun sabiq üzvü “Turan Tovuz”da – ÖZƏL

Transfer çalışmalarını davam etdirən “Turan Tovuz” heyətinə yeni futbolçu qatır.

İdmanxeber.az-a daxil olan məlumata görə, bölgə klubu gürcüstanlı Piruz Marakvelidzeni heyətinə qatmağa yaxındır. Tərəflər arasında danışıqlar son mərhələdədi. Tovuz təmsilçisi Batumi “Dinamo”sunun yetirməsi olan 27 yaşlı yarımmüdafəçi ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Marakvelidze son olaraq olkəsinin “Telavi” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43