12 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz”un qələbəsinə kölgə salmaq istəmirəm” – Füzuli Məmmədov 

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Turan Tovuz”a 061 hesabı ilə uduzub.

İdmanxeber.az xəbər verir ki, qonaqların baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında görüşü belə dəyərləndirib:

“Turan Tovuz” çox yaxşı komandadır. Rəqibi təhlil etmişdik. Bilirdik ki, necə hücum qururlar, necə müdafiə olunurlar. Uşaqlar yaxşı mübarizə apardılar, meydanda maksimum güclərini qoydular. Hər birinə təşəkkür edirəm. Belə oyunla uğur qazanmaq olar. Amma bir az da üstünə qoymalıyıq. Qarşıdakı matçlarda daha effektiv oynamaq üçün çalışacağıq. Bir epizodda bizim müdafiəçimizə açıq ayaqla zərbə oldu. Həmin epizodu daha diqqətli izləmək olardı. Ola bilər ki, hakimlər başqa cür dəyərləndirər. “Turan Tovuz”un qələbəsinə kölgə salmaq istəmirəm. Onları təbrik edirə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43