Türkiyə U-21 millisinin baş məşqçisi Gökhan Gönül komandadan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis öz istəyi ilə istefa verib. O, karyerasında yeni səhifə açmaq üçün belə bir qərar verib.
Gökhan Gönül 2024-cü ilin sentyabrında Türkiyə U-21 yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

