Dünya futbolu

Türkiyə Super Liqasında biabırçılıq – klub rəhbəri hakimi vurdu – VİDEO

Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ankaragücü” – “Rizəspor” oyununda dava düşüb.

İdmanxeber.az-ın məlumatına görə, görüşün sonunda Ankara klubunun prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melerə hücum edib. O, FİFA referisini yumruqla vurub. 

Onun yanındakı digər şəxslər isə baş hakimi yerdə təpikləyiblər. 

Xatırladaq ki, qarşılaşma “Rizəspor”un son dəqiqədə vurduğu qolla 1:1 hesabı ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43