“Mançester Yunayted”in formasını geyinən Altay Bayındır karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Torino” 26 yaşlı qolkiper üçün İngiltərə klubuna müraciət edib. “Qırmızı şeytanlar” Turin təmsilçisindən 10 milyon avro istəyib.
Altay 2023-cü ildən “Mançester Yunayted”in qapısını qoruyur. Onun Mançester təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

