Türkiyə mediası “Kəpəz” klubu ilə bağlı ciddi səhvə yol verib.
İdmanxeber.com-un anspress.com-a istinadən verdiyi məlumata görə, TRTspor-un saytı, Eurosport-un türkiyə versiyası, Hürriyət və digər saytlar “Kəpəzi” erməni klubu kimi qələmə verib.
Artıq yanlişliğa yol verən saytlar texniki səhvi aradan qaldırıblar.
AFFA-nın mətbut katibi Mikayıl Nərimanoğlu bununla bağlı tədbir görüləcəyini bildirib.
“Kəpəz”ə qarşı bir neçə yolla təxribatlara əl atırlar. Bu yol verilməzdir. Dərhal öz narazılığımızı bildirdik və məsələ həll olundu”, – Mikayıl Nərimanoğlu bildirdi.

