İdman

Türkiyə superliqasında baş məşqçi istefa verdi

Türkiyə Superliqasında növbəti məşqçi istefası reallaşıb.

İdmanxeber.com-un məlumatına görə, bu “Antalyaspor”un çalışdırıcısı Leonardo Arauxodu. Məşqçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.  Buna komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, Leonardo bu ilin sentyabrından “Antalyaspor”un çalışdırırdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43