26 İyul 2026
Dünya futbolu

UEFA avrokubokların formatını dəyişir – Superliqa gəlir

UEFA avrokubokların formatının növbəti dəfə dəyişdirilməsini nəzərdən keçirir.

İdmanxeber.az-ın məlumatına görə, Avropa futbol qurumunun rəhbərliyi və Avropa Klublar Assosiasiyası üç divizionun – Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqini nəzərdən keçirir.

Klublar divizionlarda yüksəlmək və aşağı liqaya düşməmək üçün də mübarizə aparacaqlar.

Yeni format qəbul edilsə, 2027-ci ildən sonra qüvvəyə minəcək.

2024/2025 mövsümündən Çempionlar Liqasında yeni format olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Hər komanda 8 fərqli rəqibə qarşı oyun (4 ev, 4 səfər) keçirəcək.

Matçların nəticəsinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. İlk “8-lik” birbaşa 1/8 finala vəsiqə qazanacaq. 9-24-cü yerləri tutanlar isə pley-offda qüvvələrini sınacaqlar.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43