Kateqoriyasız

UEFA-dan “Dnepr”ə növbəti zərbə: “Qarabağ” Dnepropetrovskda oynamayacaq

Ukraynadakı qeyri-sabit siyasi vəziyyət “Dnepr”ə daha bir zərbə vurub.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını “Dnepr Arena”da keçirən komanda rəqiblərini Kiyevdəki “Olimpiya” stadionunda qəbul edəcək.

UEFA-nın verdiyi qərara əsasən Dnepropetrovskdakı stadionda oynamaqdan məhrum olan “Dnepr” “Qarabağ”ı məhz “Olimpiya” stadionunda qonaq edəcək.

Qeyd edək ki, “Dnepr” İtaliyanın “İnter” və Fransanın “Sent-Etyenn” klublarını da Kiyevdə qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43