Ölkə futbolu

“Araz Naxçıvan”ın qapıçısı milliyə dəvət aldı

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qolkiper Moldova millisinin iyunun 8-də Kipr, həmin ayın 11-də isə Ukrayna millisi ilə keçirəcəyi yoldaşlıq matçları üçün yığmaya çağırılıb.

Moldova millisinin təlim-məşq toplanışı iyunun 2-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43