Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, yığmamızın müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” səfərdə “Ulsan”la qarşılaşıb və 1:4 hesabıyla məğlub olub.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
“Daejeon” hazırda 11 xalla sonuncu pillədə qərarlaşıb.