Ölkə futbolu

“Neftçi” futbolçusunu geri çağırdı!

“Neftçi” növbəti mövsümün planlamasına başlayıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Fərid Yusiflini “Turan Tovuz”dan geri çağırıb. Mövsümün ikinci yarısını icarə əsasında Tovuz klubunda keçirən futbolçu müqavilə ilə “Neftçi”yə məxsusdur.

Paytaxt təmsilçisi Yusiflini buraxmaq niyyətindən deyil. Onun yeni mövsümü “flaqman”da keçirmək ehtimalı böyükdür.

22 yaşlı futbolçu cari mövsüm Premyer Liqada 9 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43