Ölkə futbolu

“Azad agent kimi “Neftçi”yə keçirəm” – monteneqrolu futbolçu

“Nefçti”nin heyətinə qatacağı monteneqrolu yarımmüdafiəçisi Edvin Kuçla ölkə mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu açıqlamasında “ağ-qaralar”ın hələ yanvar ayında onunla maraqlandığını bildirib:

“Qışda “Neftçi”yə keçə bilərdim. Həmin vaxt  oyunçu çatışmazlığımız olduğuna görə qərara gəldik ki, yaya qədər gözləyək. Artıq klubla müqaviləm başa çatıb. Mən azad agent kimi “Neftçi”yə keçirəm”.

Qeyd edək ki, Edvin Kuç bu mövsüm “Ballkani”də ümumilikdə 49 oyuna 7 qol vurub, 4 qol örürməsi edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43