25 İyun 2026
Kateqoriyasız

UEFA “Qarabağ”a intizam işi açdı

UEFA növbəti dəfə “Qarabağ”a qarşı intizam işi açıb.

Avropa futbol qurumunun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya “Sevilya”sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada  meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. “Sevilya”nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə “Çiçarito” ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43