Kateqoriyasız

UEFA “Qarabağ”a ödəniş etdi

UEFA “Qarabağ” klubuna 504 000 avro məbləğində ödəniş edib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” bu məbləği UEFA Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə və turnirdə iştirakla əlaqədar bonus olaraq alıb.

Maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43