Kateqoriyasız

UEFA “Qarabağ”ın futbolçusunu seçdi – SİYAHI

Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun rəmzi “11-liy”i müəyyənləşib.

“Qarabağ”dan da bir futbolçu siyahıda yer alıb.

“Düdelanj” üzərində Lüksemburqda böyükhesablı qələbə qazanan ağdamlıların ispan yarımmüdafiəçisi Dani Kintana 1 qol və 1 asistlə diqqət çəkib.

Rəmzi “11-lik”

Qapıçı: Plamen İliev (“Ludoqores”)

Müdafiəçilər: Boli Bolinyoli (“Seltik”), Rafael Forster (“Ludoqores”), Evan Ndika (“Ayntraxt”), Kiran Terni (“Arsenal”)

Yarımmüdafiəçilər: Məhəmməd Elyunussi (“Seltik”), Dani Kintina (“Qarabağ”), Bruno Fernandeş (“Sportinq”), Qabriel Martinelli (“Arsenal”)

Hücumçular: Donyell Malen (PSV), Umar Sadiq (“Partizan”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43