08 İyul 2026
Dünya futbolu

UEFA rəsmisi açıqladı: ofsayd qaydası dəyişir

UEFA-nın baş katibi Giorgio Marketti futbol qaydalarında mümkün dəyişiklikləri açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəsmisi IFAB və FIFA-nın müvafiq yenilikləri müzakirə etdiyini və ofsayd qaydasının artıq bədənin hər hansı bir hissəsindən asılı olmamasını nəzərdən keçirdiyini bildirib. O, üç santimetrlik ofsaydların oyunun ruhunu pozduğunu vurğulayıb.

Müzakirələrə əsasən, hücum edən futbolçu rəqib oyunçudan bütün bədəni ilə öndə olarsa, ofsayd qeydə alına bilər. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43